Ukraynada Berluskoniyə qarşı cinayət işi açılıb

19:03 | 30.10.2015
Ukraynada Berluskoniyə qarşı cinayət işi açılıb

Ukraynada Berluskoniyə qarşı cinayət işi açılıb

Ukraynada İtaliyanın sabiq baş naziri Silvio Berluskoni barəsində cinayət işi başlanılıb. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ali Radanın deputatı Georgi Loqvinski bildirib.
 
Onun sözlərinə görə, Berluskoni sentyabrda Krıma səfər edərkən Ukrayna ərazisinə giriş qaydalarını pozub. Bundan başqa, Berluskoni "əmlakın mənimsəməsi” maddəsi üzrə də ittiham edilib.  
 
Məlumata görə, Loqvinskiy jurnalistlərə Berluskoniyə qarşı cinayət icraatının başlanmasını təsdiqləyən Baş Prokurorluq və Ukrayna Təhlükəsizlik Xidmətinin müvafiq sənədlərini təqdim edib.
 
Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidməti Berluskoninin ölkəyə girişinə 3 illik qadağa qoyub.
 
Xatırladaq ki, Silvio Berluskoni sentyabrda Krıma səfər edərək orada  Vladimir Putinlə görüşüb.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM