Ukraynada etiraz aksiyaları zamanı bir azərbaycanlı xəsarət alıb.Ukrayna vətəndaşı, 1990-cı il təvəllüdlü Anar Rzayev Kiyevdəki Müstəqillik meydanında iğtişaşlar zamanı xəsarət alıb. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Ukraynadakı səfirliyindən bildirilib.Deyilib ki, səfirliyə şəhərin mərkəzində baş verən iğtişaşlar zamanı Rzayevin itməsi barədə məlumat daxil olub. Az sonra o, dəyənək zərbələrindən yüngül xəsarət almış halda tapılıb.Səfirliyin məlumatına görə, Rzayevə tibbi yardım göstərilib və hazırda onun vəziyyəti kafi qiymətləndirilir.Bildirilib ki, hazırda Azərbaycanın Ukraynadakı səfirliyi normal rejimdə fəaliyyət göstərir və diplomatik missiyanın əməkdaşları üçün heç bir təhlükə yoxdur.Səfirlik bəzi kütləvi informasiya vasitələrinin azərbaycanlıların Kiyevi tərk etmələri barədə yaydıqları məlumatları da təkzib edib.Qeyd edək ki, son rəsmi məlumatlara görə, Kiyevdə toqquşmalar nəticəsində 77 nəfər həlak olub, tibbi yardım üçün isə 577 nəfər müraciət edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !