Ukraynada daha bir vilayət müstəqilliyini elan etdi

16:47 | 16.04.2014
Ukraynada daha bir vilayət müstəqilliyini elan etdi

Ukraynada daha bir vilayət müstəqilliyini elan etdi

“Şəhərdə mümkün qədər maksimal izdiham yaradın”.Yerli “Antimaydan” Odessa vilayətini “Odessa xalq respublikası” elan edərək, əhalini şəhər nəqliyyatının hərəkətinə mane olmağa çağırıb.Oxu.Az xəbər verir ki, İnterfaks-ın istinadına görə, bu məlumat “Antimaydan” sosial səhifəsində və saytında dərc edilib. “Bu gündən Odessa vilayəti Odessa xalq respublikası elan edilib, hakimiyyət isə onun ərazisində yaşayan xalqa məxsusdur”, - bəyanatda deyilir.Eləcə də antimaydançılar şəhər sakinlərini Odessada yol hərəkətinə maneə yaratmağa çağırıblar. Onlar “Yandeks” servisində xəritə yaradaraq, odessalıların yol hərəkətini dayandırmaq üçün yığışmasına çağırdıqları 153 məntəqə - piyada keçidləri göstəriblər.“Saat 16-da Odessa qalxmalıdır. Sözün əsl mənasında! Sizin vəzifəniz xəritədə göstərilən yol qovşaqlarında toplaşaraq maşınlarınızla, piyadalar isə piyada keçidlərində toplaşaraq yolları bağlamaqdır. Şəhərdə mümkün qədər maksimal izdiham yaradın”, - çağırışda deyilib.Bu zaman antimaydançılar, “təcili yardım” maşınlarından başqa, istənilən növ nəqliyyat üçün yolun kəsilməsini tələb edirlər.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM