Ukraynanın Dnepropetrovsk oblastında yerləşən Orxokinidze şəhərində şəhər sovetinin deputatı başından güllə ilə vurularaq öldürülüb.
ANN.Az-ın "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, 58 yaşlı Sergey Polyakov yerli vaxtla saat 18:00-da kafedən çıxıb avtomobilinə tərəf gedərkən öldürülüb.
Mərhum deputat şəhər sovetində müxalifət partiyasını təmsil edirdi, o, partiyadan xaric edildikdən sonra isə partiyasız qalmışdı.
Deputatın öldürülməsinə səbəb kimi onun biznes fəaliyyəti göstərilir. Hadisə barəsində cinayət işi açılıb, şübhəli şəxs qismində hələlik saxlanılan yoxdur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !