Ukraynada döyüşən alman vətəndaşlarının sayı açıqlandı

21:29 | 17.03.2015
Ukraynada döyüşən alman vətəndaşlarının sayı açıqlandı

Ukraynada döyüşən alman vətəndaşlarının sayı açıqlandı

Ukraynanın şərqində davam edən döyüşlərdə 100-dən çox Almaniya vətəndaşının iştirak etdiyi bildirilib.
 
"Die Welt" qəzetinin təhlükəsizlik dairələrinə istinadən verdiyi xəbərə görə, Ukraynanın şərqində Rusiya tərəfdarı olan separatçılara qoşulanların əksəriyyəti vaxtilə Rusiyadan mühacirət edənlərdir. Artıq onların çoxunun kimliyi müəyyən edilib və əvvəllər həmin şəxslər alman ordusunda da əsgəri xidmətdə olublar.
 
Terror təşkilatı İŞİD-ə qatılanların isə Almaniyaya dönən kimi cəzalandırılması nəzərdə tutulsa da, Ukraynadakı müharibəyə qoşulanlarla bağlı belə bir durum hələ ki, düşünülmür.
 
Buna baxmayaraq, iqtidardakı Xristian Birlik Partiyasının daxili siyasət məsələləri üzrı mütəxəssisi Ştefan Mayer Ukraynada döyüşə qatılan alman vətəndaşlarının terror təşkilatı yaratmaqdan mühakimə olunmasını, əgər həmin şəxslərin ikili vətəndaşlığı varsa, o zaman Alman vətəndaşlığının ləğv edilməsinin lazımlılığını bildirib.
 
Bu günə qədər Qazaxıstan mənşəli bir alman vətəndaşı Ukraynadakı müharibədə həlak olub.
 
Ukraynanın Berlindəki səfirliyi də Almaniyadan savaşa qatılan vətəndaşları ilə bağlı tədbirlər almasını tələb edib.


ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM