Dünən axşam Simferopolda erməni mənşəli iş adamı, 48 yaşlı Stepan Çoroxyan öldürülüb. O, odlu silahdan açılan atəş nəticəsində ölüb. ANS PRESS-in məlumatına görə, qətl şəhərin Sevastopol küçəsində baş verib. Çoroxyan "Malibu" mehmanxana kompleksinin sahibidir. Kompleksə restoran, otel, klub, bilyard salonu, həmçinin sauna daxildir. Çoroxyan evli və iki uşaq atası olub.Onun ölümü sosial şəbəkələrdə geniş müzakirə edilib. Rəy bildirənlər Stepan Çoroxyanın siyasətdən uzaq, xəsis və möhtəkir bir sahibkar olduğunu bildirirlər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !