Ukraynada əsgər anaları hərbi birlikləri mühasirəyə aldı - VİDEO

12:10 | 23.01.2014
Ukraynada əsgər anaları hərbi birlikləri mühasirəyə aldı - VİDEO

Ukraynada əsgər anaları hərbi birlikləri mühasirəyə aldı - VİDEO

Ukrayanın paytaxtı Kiyevdən 500 kilometr aralıda yerləşən Lvov şəhərində nüamyişçilər hərbi barakları mühasirəyə alıblar. Onlar orada saxlanılan əsgərlərin Kiyevə getməsini və nümayişlərə müdaxilə etməsinə qarşı çıxırlar. 
ANN.Az-ın "Euronews"a istinadən xəbərinə görə, bir çox əsgər anası oğlanlarına kağızla mesaj göndərərək xəbərdarlıq edirlər ki, onları Kiyevdə atəş açmağa və insanları öldürməyə məcbur edəcəklər. 
Analar soyuğa-qara cəsarətlə dözərək (gündüz -5 dərəcə, gecə -14), övladlarının bazaları tərk edib getməyəcəklərinə əmin olmaq üçün gözləyirlər. 
Lvovda hərbi xidmətdə olan əsgərin anası Lidiya Semeronko "Euronews"a açıqlamasında övladının əsgər yoldaşının döyülməsindən danışıb: "... ona hücum edən nümayişçilər onun hakimiyyətin qulduru olduğunu deyiblər. Onu möhkəm döyüblər. Mənim oğlumun 25 yaşı var... Mən ona görə çox qorxuram". 
Ukraynada hərbi personalın hərəkət etməsinə imkan verməyənlər 3 illik həbs cəzasına məhkum edilə bilərlər. 
"Euronews"un Lvovdakı müxbiri məlumat verib: "Kiyevdən gələn bəd xəbərlər Lvov sakinlərini birləşdirib. Aktivistlər hərbi birlikləri mühasirəyə alırlar və onların qabağını kəsirlər. Əsgərlər onlara kağızla mesaj göndərərək, onların orada qalmasını xahiş edirlər:"Orada dayanıb bizim qarşımızı kəsin, çıxıb getməyin. Komandir bizi aparmaq istəyir"".
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM