Ukraynada etirazçılar Polşa ilə sərhəddə buraxılış məntəqələrini blokadaya almağa başlayıblar.Trend-in çərşənbə axşamı "İnterfaks"a istinadən verdiyi məlumata görə, 40-a yaxın şəxs Ukrayna-Polşa sərhədində "Krakovets" buraxılış məntəqəsindən bir neçə yüz kilometr araladakı yolu kəsib.İnsanlar yollara təkər və digər əşyalar atmaqla Polşa və Ukraynaya gedən yolda hərəkəti məhdudlaşdırıblar. Artıq yolda onlarla yük maşını tıxacda qalıb.Sərhədçilər nəqliyyat vasitələrini digər buraxılış məntəqələrinə yönəltməyə çalışırlar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !