Yeni Nəfəs Hərəkatı Ukrayna Nümayəndəliyi və Ukrayna Türk Öyrənci Birliyi ermənilərin Ukraynada 2015-ci il hazırlıqlarına etiraz əlaməti olaraq təşkilatlanıblar.
Yeni Nəfəs Hərəkatı Ukrayna Nümayəndəliyindən ANN.Az-a verilən məlumata görə, azərbaycanlı və türkiyəli gənclər birləşərək ermənilərin “soyqırım” iddialarını ifşa edəcək, Azərbaycan torpaqlarının erməni işğalına və azərbaycanlıların soyqırıma məruz qaldığını Ukrayna ictimaiyyətinə çatdıracaqlar.
Keçirilən tədbirdə nümayəndəliyin rəhbəri Xəzri Elxanoğlu, UTOB rəhbəri Ali Kavlak və digər şəxslər çıxış edərək, ermənilərin istənilən təxribatına operativ cavab verəcəklərini bildiriblər. Tədbirdə qeyd olunub ki, Ukraynanın ayrı-ayrı rəsmi şəxsləri ilə görüşlər keçirilərək, ermənilərin son 100 ildə türklərə qarşı satqınçılığı və hər fürsətdə törətdiyi soyqırımlar barədə məlumat veriləcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !