Ukraynada gözlənilən razılaşma ümidi

13:24 | 12.02.2015
Ukraynada gözlənilən  razılaşma ümidi

Ukraynada gözlənilən razılaşma ümidi

Ukraynadakı müharibənin dayandırılması məqsədilə Belarusun paytaxtı Minskdə keçirilən sammitsonrası diplomatlar razılaşma olacağına ümid edirlər.

ANN.Az BBC-yə istinadən xəbər verir ki, görüşə Rusiya prezidenti Vladimir Putin, Ukrayna lideri Petro Poroşenko, Almaniya Baş naziri Angela Merkel və Fransa prezidenti Fransua Olland qatılıb.

Ukrayna və avropalı liderlər Rusiyanı Ukraynanın şərqindəki separatçıları silahlandırmaqla günahlandırır, Moskva isə bu iddiaları rədd edir.

BBC-nin müxbiri James Reynoldsa görə, Ukrayna hökuməti separatçıların keçən il sentyabrın 5-də Belarusda imzalanan, lakin müvəffəqiyyətsiz olan atəşkəs rejiminin bərpa olunması və hətta ordunun geri çəkilməsini istəyir.

Hərbi vəziyyət təhdidi

Görüşdən əvvəl Rusiya və Ukrayna liderlərinin salamlaşmasının qısa müddət çəkməsi və Ukrayna Dövlət Başçısı Poroşenkonun Putinin yanına gəldiyində gülümsəməsi də jurnalistlərin diqqətindən qaçmayıb.

Qeyd edək ki, Poroşenko ölkənin şərqindəki qarşıdurmaların sona çatması məqsədi ilə Belarusdakı görüşdən nəticə çıxmazsa hərbi vəziyyət elan etməyə hazır olduğunu söyləmişdi.

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM