Ukraynanın Rovenskaya vilayətinin Radivilovsk rayonunun Sestryatin kəndi yaxınlığında Mİ-8 hərbi helikopteri qəzaya uğrayıb.
"Qəza zamanı ekipajın dörd üzvü və Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının aviasiya briqadasının 16-cı bölməsinin komandiri ölüb”, - məlumatda qeyd edilib. Bildirilib ki, helikopterlə əlaqə mayın 29-u yerli vaxtla 23:27-də kəsilib.
Hazırda qəza yerində xilasedici xidmətin və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir, həmçinin, qəzanın səbəblərini araşdırmaq üçün Müdafiə Nazirliyinin, Baş Qərargahın və Quru Qoşunlarının nümayəndələrindən ibarət komissiya da bölgəyə yola düşüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !