Ukraynada hərbi vəziyyət və səfərbərlik daha 90 gün uzadılır. Bu barədə Ukrayna Prezidentinin saytında qeyd olunub.
Bildirilib
ki, Prezident Vladimir Zelenski Ukraynada hərbi vəziyyətin və ümumi
səfərbərliyin daha 90 gün uzadılması haqqında fərmanların təsdiq edilməsinə
dair qanun layihələrini Ali Radaya təqdim edib.
Hazırkı hərbi vəziyyət və səfərbərliyin müddəti 2024-cü il fevralın 14-də başa çatır.
2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Çiçək Sadatova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !