Ukraynada hərbi vəziyyət uzadılacaq

14:04 | 18.05.2022
Ukraynada hərbi vəziyyət uzadılacaq

Ukraynada hərbi vəziyyət uzadılacaq

Ukraynada hərbi vəziyyət rejiminin müddəti uzadılacaq. Bu barədə qanun layihəsini Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radaya təqdim edib.
 
Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiyanın hərbi müdaxiləsindən sonra Ukraynada hərbi vəziyyət rejimi tətbiq edilib. Ukraynada hərbi vəziyyət rejiminin müddəti mayın 25-dək qüvvədədir.

Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.

Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.

Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.

Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.

Rusiyanın fevralın 24-də hərbi müdaxiləsi başlayandan mayın 16-dək Ukraynada 3 752 dinc sakin ölüb, 4 062 nəfər yaralanıb. Məlumatı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsi yayıb. Bildirilib ki, 1 406 kişi, 927 qadın, 86 qız, 96 oğlan, 68 uşaq, 1 169-u yaşlı olmaqla 3 752 dinc sakin öldürülüb, 675 kişi, 472 qadın, 96 qız, 104 oğlan, eləcə də 88 uşaq, 2 550-si yaşlı olmaqla 4 062 dinc sakin yaralanıb.

Ləman Qasımova 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb