Ukraynada hökumət parlamentdən qaçdı - VİDEO

17:25 | 22.11.2013
Ukraynada hökumət parlamentdən qaçdı - VİDEO

Ukraynada hökumət parlamentdən qaçdı - VİDEO

Bu gün Ukrayna baş naziri və Nazirlər Kabinetinin üzvləri parlamentdə deputatlar qarşısına çıxıb.

"Virtualaz" xəbər verir ki, baş nazir Nikolay Azarov hökumətin Avropaya inteqrasiya prosesini dayandırmaq qərarını əsaslandırmağa çalışıb. O deyib ki, qərar Ukraynanın çətin iqtisadi vəziyyəti ilə bağlıdır və taktiki addım kimi qəbul edilib.

“Bu vəziyyətdə ən mürəkkəb, ancaq ən düzgün olan qərar verilib” - deyə Azarov bildirib.

Baş nazirin sözlərinə görə, Ukrayna hökumətini belə qərar qəbul etməyə məcbur edən Beynəlxalq Valyuta Fondu oldu. Çünki fond Ukraynaya kredit vermək üçün olduqca ağır şərtlər irəli sürüb. Eyni zamanda Avropa İttifaqı Ukraynanın Gömrük İttifaqından imtina edəcəyi halda məruz qalacağı “ağır iqtisadi itkilərin” necə kompensasiya ediləcəyinə dair konkret təklif verməyib.

Lakin baş nazirin arqumentləri müxalifətdən olan deputatları qane etməyib. Müxalifət fraksiyalarının üzvləri hökumət üzvlərinin oturduğu lojanın qarşısına toplaşaraq onları “satqın” adlandırıblar. Zalda səs-küyün artdığını görən baş nazir hökumət üzvlərinə parlamenti tərk etmək işarəsi verib və özü də onlarla birgə Ali Radanı tərk edib.

Müxalifətçilər isə onların arxasınca əllərinə keçəni - sənədlərlə dolu qovluqları, qəzetləri, qələmləri atmağa başlayıblar. Bundan sonra spiker Vladmir Rıbak parlamentin iclasını dayandırıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM