Ukraynada Ali Radaya keçirilən parlament seçkilərində qalib gələn partiyalar koalisiya haqqında sazişi paraflayıb.ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, “Biz koalisiya haqqında sazişi imzaladıq. Bu sazişdə koalisiya sazişi üzərində çalışan 5 siyasi partiyanın, gücün imzası var”, - deyə “Özünəkömək” partiyasından olan deputat Oksana Slroed bildirib.Qeyd edək ki, oktyabrın 26-ı parlament seçkiləri keçirilib. Ukrayna MSK-nın məlumatına görə, Radaya daha dörd partiya daxil ola bilib. Bunlar 10,97% səslə Lvov şəhər meri Andrey Sadavovun “Özünəkömək”, 9,43% - lə “Müxalifət bloku”, 7,44% səslə “Oleq Lyaşkonun radikal partiyası” və 5,58% səslə sabiq baş nazir Yuliya Timoşenkonun rəhbərlik etdiyi partiyadır. Digər partiyalar isə 5 faizlik baryeri keçə bilməyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !