Ukrayna Səhiyyə Nazirliyi bu gün səhər saatlarına olan məlumata əsasən Kiyevdəki toqquşmalarda 77 nəfərin öldüyünü açıqlayıb.
APA-nın xəbərinə görə, nazirlik hadisələr zamanı 577 nəfərin xəsarət aldığını, onlardan 369-nun xəstəxanalara yerləşdirildiyini bildirib. Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə ölənlərin və yaralıların sayı daha çoxdur.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !