Ukraynada müharibə gələn il başa çata bilər

14:58 | 19.09.2024
Ukraynada müharibə gələn il başa çata bilər

Ukraynada müharibə gələn il başa çata bilər

ABŞ Kiyevi seçkilərə hazırlaşmağa çağırdığı üçün Ukraynadakı hərbi münaqişə  gələn ilin yazına qədər bitə bilər. Bu barədə RBC-Ukrayna öz mənbələrinə istinadən xəbər verir.

"Kiyevdə və ümumilikdə Qərb paytaxtlarında 2025-ci ildə hər hansı mümkün formatda hərbi əməliyyatların dayandırılacağına inam var. Bir neçə mənbə təsdiqləyib ki, amerikalılar bizim hakimiyyət orqanlarına gələn il seçkilərə hazırlaşmaq zərurəti barədə birbaşa deyirlər”, - nəşr yazır.

Jurnalistlər qeyd edirlər ki, prezident seçkilərinin keçirilməsi ölkədə hərbi vəziyyətin ləğvi deməkdir. Qeyd olunur ki, uzun müzakirələrdən sonra Ukrayna və ABŞ hərbi münaqişə bitməmiş dövlət başçısı seçkilərinin keçirilməsinin qeyri-mümkün olması barədə razılığa gəliblər.

Eyni zamanda, nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, atəşkəsdən Ukraynada prezident seçkilərinə altı aydan çox vaxt keçə bilər.

Bundan əvvəl Pentaqonun rəhbərinin istefada olan müşaviri , polkovnik Duqlas Makqreqor bildirmişdi ki, Ukrayna qoşunlarının Kursk bölgəsinə hücumundan sonra Rusiyanın artıq ABŞ və Ukrayna ilə danışıqlar aparmaq istəyi yoxdur ; münaqişəni həll edərkən Kiyev və Vaşinqtonun maraqlarını nəzərə almalıdır .
 
 
Rusiya ilə Ukrayna arasında müharibə 2021-ci ilin fevralından davam edir. İki ölkə liderləri bir neçə dəfə danışıqlar masasına gəlmək üçün şərtlərini açıqlasalar da bu hal mümkün olmayıb. Müharibə fonunda dünyanın bir çox markaları Rusiya bazarını tərk etmək barəsində qərar verib. ABŞ və Avropa Putinə və Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edib. Lakin Putin öz qərarından geri çəkilməyib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM