Ukraynada müxalifətçi deputatlar parlamentin işini iflic etdi

14:51 | 04.12.2013
Ukraynada müxalifətçi deputatlar parlamentin işini iflic etdi

Ukraynada müxalifətçi deputatlar parlamentin işini iflic etdi

Bu gün Ukrayna Ali Radasının müxalifətçi deputatları parlamentin növbəti iclasının başlanmasına imkan verməyiblər.APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, “Batkivşina” və UDAR fraksiyalarından olan deputatlar parlamentin kürsüsünü mühasirəyə alıblar və Rəyasət Heyətinin, eləcə də hökumət üzvlərinin oturduğu yerləri tutublar. Parlamentin sədri Vladimir Rıbak iclası açıb və dərhal bağlayıb. “Batkivşina”nın lideri Arseni Yasenyuk bildirib ki, Nazirlər Kabineti istefaya göndərilənə qədər parlament işə başlaya bilməyəcək: “Biz çox aydın söyləmişdik ki, parlament hökuməti istefaya göndərməsə, işləyə bilməyəcək. Dünən Regionlar Partiyası və onlardan pul alan kommunistlər hökumətin istefasına səs vermədilər. Hökumət istefaya göndərilməsə, parlament çalışa bilməyəcək”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM