Ukrayna müdafiə nazirinin məsləhətçisi, general-mayor Aleksandr Kolomiets ailəsi ilə birlikdə ölkənin şərqindəki separatçılara qoşulub. Modern.az xəbər verir ki, Kiyevdən Donetskə qaçan general mətbuat konfransı keçirərək "Donetsk Xalq Respublikası”na xidmət göstərəcəyini elan edib.
20 ildən artıq Doentsk vilayətinin hərbi komissarı və Kiyevdə yüksək rütbəli zabit kimi çalışan Kolomiets tezliklə Ukrayna ordusunda fərarilərin sayının kəskin artacağını deyib. Onun fikrincə, prezident Pyotr Poroşenkonun Donbasda hərbi həllə üstünlük verməsi ukraynalı hərbçilərin əksəriyyətinin narazılığına səbəb olub.
Rəsmi Kiyev hələlik general-mayorun qaçışına reaksiya verməyib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !