Ukraynada nümayişçilər milislərə qumbara atdı: yaralılar var

16:17 | 08.04.2014
Ukraynada nümayişçilər milislərə qumbara atdı: yaralılar var

Ukraynada nümayişçilər milislərə qumbara atdı: yaralılar var

Ukraynanın şərqində separatçılar milis əməkdaşlarına qarşı silahlardan istifadə ediblər. ANS PRESS-in məlumatına görə, bu barədə Ukraynada prezident səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinov açıqlama verib. Onun sözlərinə görə, Xarkov, Donetsk və Luqansk vilayətlərinə cəlb edilən milis əməkdaşlarına qarşı odlu silahlardan və əl qumbaralarından istifadə edilib. Nəticədə bir neçə milis ağır yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.Qeyd edək ki, Ukraynanın şərq vilayətləri Xarkov, Donetsk və Luqanskda rusiyameyilli fəallar bir neçə gündür ki, hökumət əleyhinə aksiya keçirir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM