Ukraynada rus dilinə qadağa qoyuldu

18:00 | 23.02.2014
Ukraynada rus dilinə qadağa qoyuldu

Ukraynada rus dilinə qadağa qoyuldu

Ukrayna ərazisində rus və digər qeyri-dövlət dillərinə rəsmi status verməyə icazə verən “Dövlət dil siyasəti haqqında” qanun ləğv edilib. ANS PRESS-in məlumatına görə, bu barədə qərar bu gün Ali Rada tərəfindən qəbul edilib. Ali Radanı belə bir addım atmağa vadar edən səbəbin, “Dövlət dil siyasəti haqqında” qanunun Ukraynanın konsitutsiyasına və regionlarda Avropa qanunlarının tətbiqinə ziddi olması göstərilir.

Qeyd edək ki, qanunda regionlarda karküzarlıq işləri zamanı Ukrayna dilindən cəmi 5% işlətməyə icazə verilir. Ölkə əhalisinin cəmi 10%-nin Ukrayna dilində danışdığı bildirilir.

Qanunun ləğvinə 334 deputatdan 232-si səs verib. Onların əksəriyyətini müxalifətdən olan deputatların təşkil etdiyi bildirilir. 

Xatırladaq ki, Ukraynada “Dövlət dil siyasəti haqqında” qanun 2012-ci ilin 8 avqus tarixində qəbul edilmişdi.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM