Rusiyanın Xarkovda yerləşən Baş konsulluğuna hücum nəticəsində binaya ziyan dəyib. Moskva Kiyevdən araşdırma aparmağı və təqsirli şəxslərin cəzalandırılmasını tələb edir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Rusiya XİN-i bildirib.
"İyun ayının 11-də Rusiya günü münasibətilə keçirilən tədbir zamanı hüquq-mühafizəçilərinin tamamən əməllərinə göz yumduqları bir qrup vandal Rusiya Federasiyasının Xarkovda yerləşən Baş Konsulluğuna hücum edib.
Nəticədə Rusiya Federasiyasının gerbi təhqir edilib, binaya zərər dəyib. Bunula da Ukrayna tərəfi növbəti dəfə 1963-cü il konsul münasibətləri üzrə Vyana Konvensiyasına dair beynəlxalq vəzifələrini pozub”, - XİN-dən bildiriblər.
"Rusiya tərəfi Ukrayna tərəfindən detallı araşdırma aparmağı, bu biabırçı təxribatda təqsirli olanların cəzalandırılmasını, dəyən ziyanın ödənilməsini tələb edir”, - XİN-dən bildiriblər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !