Ukraynada Rusiya filmləri qadağan olundu

10:04 | 06.02.2015
Ukraynada Rusiya filmləri qadağan olundu

Ukraynada Rusiya filmləri qadağan olundu

Ali Radanın fevralın 5-də qəbul etdiyi qanuna görə Ukrayna ərazisində Rusiya əsgərləri və polislərindən bəhs edən, eləcə də 2014-cü il yanvarın 1-dən sonra istehsal olunan Rusiya filmlərinin nümayişi qadağan edilib.

ANN.Az Modern.az-a istinadən bildirir ki, həmin qanuna görə, işğalçı ölkənin orqan əməkdaşlarının pozitiv qəhrəman kimi tətbiq olunan, eləcə də Ukraynanın ərazi bütövlüyünü şübhə altına alan filmlər ölkə ərazisində yayımlana bilməz. Qadağan olunmuş filmin nümayişinə görə minimum əmək haqqının 10 mislindən 50 mislinə qədər cərimə də nəzərdə tutulur.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM