Ukraynada Rusiya ordusunun kəşfiyyat qrupu saxlanıldı

14:15 | 12.03.2014
Ukraynada Rusiya ordusunun kəşfiyyat qrupu saxlanıldı

Ukraynada Rusiya ordusunun kəşfiyyat qrupu saxlanıldı

 Ukraynada Rusiya ordusunun kəşfiyyatçı qrupu saxlanılıb.APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin yaydığı xəbərdə bildirilir. Kəşfiyyat qrupunun məqsədi Xerson vilayətində yerləşən Ukrayna ordusunun hərbi birləşmələri ilə bağlı məlumatların toplanılması olub. Məlum olub ki, qrupa Rusiya Silahlı Qüvvələri hərbi kəşfiyyatının zabiti rəhbərlik edib. O, saxta Ukrayna pasportundan istifadə edirdi. Saxlanıldıqdan sonra həmin şəxs kəşfiyyat xarakterli məlumatların toplanması ilə məşğul olduğunu etiraf edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb