Ukraynada baş verən qarşıdurmalarda azərbaycanlı jurnalist döyülüb.Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev APA-ya bildirib ki, hadisə fevralın 18-dən 19-a keçən gecə baş verib. Ukrayna Ali Radasının qarşısında baş verən qarşıdurmalarda bu ölkənin “5-ci kanal”ının jurnalisti, Ukrayna vətəndaşı Azad Səfərov xüsusi təyinatlılar tərəfindən döyülüb və ağır xəsarət alıb. A. Səfərov APA-ya faktı təsdiqləyib. O bildirib ki, toqquşmada kanalın operatoru da döyülüb: “Hadisə zamanı mənim sağ əlim sınıb və üzümdən xəsarət almışam. Mənim operatorumun isə kamerası sındırılıb və ona xəsarət yetirilib. Xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılmışam. Hazırda evdəyəm, özümü yaxşı hiss edirəm”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !