Ukraynada uşaq evi ziyarət olunub - FOTO

21:41 | 30.04.2014
Ukraynada uşaq evi ziyarət olunub - FOTO

Ukraynada uşaq evi ziyarət olunub - FOTO

Yeni Nəfəs Hərəkatı Ukrayna Nümayəndəliyi Kopiliv Körpələr evini ziyarət edib.
Hərəkatın Ukrayna nümayəndəliyindən ANN.Az-a verilən məlumata görə, Görüş Ukrayna dövlətinin aidiyyatı qurumu ilə əməkdaşlıq nəticəsində həyata keçirilib. Körpələrlə  görüşən Yeni Nəfəs Hərəkatı Ukrayna Nümayəndəliyinin rəhbəri Xəzri Elxanoğlu, Türkdilli Ölkələr Üzrə Gənclər Birliyinin rəhbəri Ali Kavlak və nümayəndəliyin digər üzvləri kimsəsiz uşaqlarla birgə olub və iki saata yaxın onlarla əyləniblər.
Xəzri Elxanoğlu ziyarət üçün onlara şərait yaradan Ukraynanın aidiyyatı qurumlarına, o cümlədən, Kopiliv Körpələr Evinin direktoru Natalya xanıma və müəllim, baxıcı heyətinə minnətdarlığını bildirib. 
Təşkilat nümayəndələri uşaqlara müxtəlif geyim, oyuncaqlar və xüsusi hədiyyələr aparıblar. Onlar yeddi yaşını qeyd edən Saşa adlı uşağın şərəfinə tort kəsiblər. Bundan başqa atası azərbaycanlı olan Samir adlı uşağa Azərbaycan-Ukrayna dilində tərcümə kitabı hədiyyə edərək onu xüsusi nəzarətə götürüblər.
X.Elxanoğlu çıxışında görüşün təşkilində dəstəyə görə türk iş adamlarına və xüsusi olaraq Ali Dəstəyə öz təşəkkürünü bildirib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb