ANN.Az Virtualaz.org-a istinadən xəbər verir ki, son günlər şiddətli döyüşlərin getdiyi Debaltsovo rayonu faktiki olaraq iki hissəyə ayrılıb. "Donetsk Xalq Respublikası” qüvvələri M-103 avtomobil yolu üzərində yerləşən Loqvinovonu ələ keçirməklə Ukrayna ordusunun manevr imkanlarını xeyli məhdudlaşdıra biliblər. Separatçılar həmin əraziyə çoxsaylı canlı qüvvə və döyüş texnikası cəlb edib.
Bununla da Ukrayna ordusunun bölmələri Debaltsovo ətrafında faktiki olaraq tələyə salınıb. Separatçılar hələlik Ukrayna ordusunun nəzarətində olan bütün yolları kəsmək üçün var qüvvəsi ilə çalışır.
O da bildirilir ki, hazırda 5 minədək dinc sakin hələ də Debaltsovo rayonunda qalmaqda davam edir. Sakinlər hərbçilərdən onları döyüş zonasından çıxarmağı xahiş edir. Lakin bunu etmək getdikcə çətinləşə bilər, çünki Ukrayna ordu hissələrinin ətrafındakı mühasirə həlqəsi getdikcə daralır.
"Dinc sakinlər vahimə içindədir. Orada əsl insan faciəsi, humanitar fəlakət yaşanır. Minlərlə dinc ukraynalının ərazaq, su, işıq, istilik, dərman, hətta paltar problemi var” - deyə Ukrayna KİV-ləri bildirir.
Buna baxmayaraq Ukraynanın "Azov” batalyonunun rəhbərliyi Mariupol ətrafındakı Şirokino kəndini sepratçılardan azad etdiyini bəyan edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !