NATO qarşıdurmaların yenidən alovlandığı Ukraynada hərbi gücü artırmağa hazırlaşır.
ANN.Az "bbc.co.uk/turk"ə istinadən xəbər verir ki, Birliyin Ukrayna ilə əlaqədar yeni planlarının bu gün Brüsseldə keçiriləcək NATO Müdafiə Nazirləri yığıncağında ətraflı şəkildə şərh edilməsi gözlənilir. NATO-nun baş katibi Cens Stoltenberq bu planla əlaqədar öz fikirlərini belə şərh edib: "Bu planların həyata keçməsi, Soyuq müharibədən sonra NATO-nun ən böyük hərbi dəstəyi olacaq".
Əlavə dəstək daxilinə 5 min əsgərlik yeni çevik qüvvə və Polşa, Rumıniya və Bolqarıstanda əmr mərkəzlərinin qurulması planlaşdırılır. Ukraynanın şərqində Rusiya separatçı qüvvələri ilə ordu arasındakı qarşıdurmalar son həftələrdə getdikcə güclənib. BMT yenidən alovlanan qarşıdurmaların "fəlakət səviyyəsində" olduğunu bildirib. BMT-yə görə Ukraynadakı qarşıdurmalarda ölənlərin sayı 5 min 350-dən keçib. 12 mindən çox insan da yaralanıb
Con Kerri Kiyevdə
ABŞ-ın xarici işlər naziri Con Kerri Ukraynanın silahla təmin edilməsini müsbət qiymətləndirir. Kerri Kiyevdə prezident Petro Poroşenko və Baş nazir Arsen Yatsenyuk ilə görüşəcək. Yığıncaqlarda silah dəstəyi mövzusunun əsas prioritet məsələ olması gözlənilir. ABŞ prezidenti Barak Obamanın Müdafiə Nazirliyi üçün namizəd göstərdiyi Eşton Karter dünən ABŞ Senatındakı iclasda Ukraynaya silah göndərilməsinin yaxşı fikir olduğunu ifadə edib.
Ukrayna prezidenti Poroşenko da Rusiya tərəfdarı separatçı qüvvələrlə mübarizələrinə dəstək üçün ABŞ-dan silah yardımının gələcəyinə şübhəsinin olmadığını bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !