Ukrayna hökuməti ölkənin şərq vilayəti Donetskə - ruspərəst üsyançılarla döyüş mövqelərinə əlavə hərbi qüvvələr cəlb edib.
ANN.Az-ın ANS PRESS-ə istinadən verdiyi məlumatına görə, buna səbəb kimi Rusiyanın hazırda üsyançıların əlində olan regiona hərbi texnika - tanklar və ağır artilleriya yeritməsi göstərilir.
Bir müddət əvvəl NATO və ATƏT rəsmiləri də belə bir faktı təsdiqləmişdilər. Rəsmi Moskva isə iddiaları əsassız hesab edir. Ukraynanın müdafiə naziri Stepan Poltorak cəbhədəki vəziyyətlə bağlı açıqlama verib. Ukraynanın müdafiə naziri Stepan Poltorak: “Terrorçu qruplaşmanın əli altında daha çox hərbi gücün toplaşdığını müşahidə edirik. Onların bütün hərəkətlərini və mövqelərini izləyir və hər hansı bir addım atmalarını gözləyirik. Hücumlara qarşı hazır olmalıyıq. Hazırda bizim nəzarətimiz altında olmayan ərazilərdə hücumlarına qarşı əvvəlcədən tədbir olaraq mövqe dəyişiklikləri edirik”Hökumət iclasında, eyni zamanda, baş nazir Arseniy Yatsenyuk da çıxış edib. Nazir qeyd edib ki, hazırda döyüş bölgəsində humnitar vəziyyət acınacaqlıdır. Yatsenyuk üsyançıların bölgə əhalisinə göndərilən yardımların ələ keçirilərək talandığını deyib.Amerika hökuməti özünümüdafiəyə tədbirləri görməsində Ukraynaya haqq qazandırıb. “Biz atəşkəs razılaşmasının davam etdirilməsini istəyərdik. Lakin Rusiyanın Minskdə əldə olunan razılaşmasının şərtlərini pozduğunu görürük. Belə olan halda isə, Ukraynanın öz ərazilərini müdafiə etməsi üçün tam hüququ çatır.” - deyə ABŞ dövlət departamentinin mətbuat katibi Cen Psaki qeyd edib.ATƏT rəsmiləri son iki ayda Donetskdə gedən döyüşlər zamanı 100-dən çox ukraynalı, qarşı tərəfdən isə, naməlum sayda üsyançı öldürüldüyünü məruzə ediblər. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !