Ali Radanın səkkizinci çağırışının deputatları ilk davalarını salıblar. Bu dekabr ayının 4-də iclas zamanı baş verib.
ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, komitələrin idarəsi barədə fərmanın səsverməsi Ukrayna parlamentarilərinin müftəlif fikir irəli sürmələrinə səbəb olub.
Münaqişəni deputat Vladimir Parasyuk salıb.
İclas zamanı o, "Petr Poroşenko bloku”ndan olan deputatlara yaxınlaşaraq parlament komitələrinə rəhbərlərin seçilməsinə dair onların mövqeləri ilə razı olmadığını bildirib. Onların arasında münaqişə yaranıb. Parasyukun yardımına bir neçə deputata, o, cümlədən də xalq deputatları Semen Semençenko, Sergey kaplin, eləcə də Andrey Lozovıy, İqor Mosiyçuk və "Svoboda” partiyasının deputatları gəlib.
Anlaşılmazlıq "Petr Poroşenko Bloku” fraksiyasının yerləşdiyi sektordan kim isə Parasyuka: "Otur, bura sənin üçün Maydan deyil!” qışqırması olub, cavabında isə Parasyuk: "Sizi bura Maydan gətirib!” deyə cavab verib.
Bizi sosial şəbəkələrdə izləyin !