Ukraynadakı müharibədə 8 mindən çox dinc sakin həlak olub- BMT

09:13 | 14.03.2023
Ukraynadakı müharibədə 8 mindən çox dinc sakin həlak olub- BMT

Ukraynadakı müharibədə 8 mindən çox dinc sakin həlak olub- BMT

2022-ci il fevralın 24-dən 2023-cü il martın 12-nə qədər Ukraynada müharibə nəticəsində 8231 nəfər dinc sakin həlak olub. Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.

Müharibə zamanı 12 734 mülki şəxs isə yaralanıb. 

Həlak olanların 3664-ü kişi, 2173-ü qadın, 260-ı oğlan və 203-ü qız olub. Eyni zamanda, 31 uşağın və 1900 böyük şəxsin cinsini müəyyən etmək hələ ki mümkün olmayıb.
 
Mülki itkilərin əksəriyyətinə ağır artilleriyadan, çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən, raketlərdən və hava zərbələri də daxil olmaqla, geniş təsir sahəsinə malik partlayıcı silahların istifadəsi səbəb olub.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb