Ağır texnikanın geri çəkilməsi prosesi oktyabrın 17-dək davam edəcək
Ukrayna ordusu və Donbasdakı separatçı qüvvələr ölkənin Luqansk vilayətindən ağır texnikanı geri çəkməyə başlayıblar.
"Report" UNN-ə istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü Vladıslav Seleznyov bildirib.
Onun sözlərinə görə, ağır texnikanın geri çəkilməsi prosesi oktyabrın 17-dək davam edəcək: "Luqansk vilayətindən silahların geri çəkilməsinin birinci mərhələsi 15 gün sürəcək. Oktyabrın 18-dən noyabrın 12-dək 100 mm çaplı silahların Donetsk vilayətindən geri çəkilməsinə başlanılacaq".
Məlumata görə, müəyyən rayonlara yerləşdirilən T-64 və T-72 tankları, 85 mm çaplı D-48 və D-44 toplar və 82 mm çaplı 2B-9 minaatalar çıxarılacaq.
Hər iki tərəf texnika və silahları bölgədən çıxaracaq. Bu proses ATƏT-in və KİV-in müşahidəsi altında həyata keçiriləcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !