Hüquq-mühafizə orqanlarına müraciət edilib, lakin hələlik heç bir nəticə yoxdurş
Ukraynanın Vinnitsa vilayətində Fransanın məşhur kosmetika şirkətinin Azərbaycan nümayəndəliyinin, azərbaycanlı iş adamına məxsus mal və avadanlıqdan ibarət ağır tonnajlı yükün olduğu maşın oğurlanıb.
"Report” xəbər verir ki, Fransadan gətirilən yük ötən həftə Ukraynaya daxil olan kimi bu ölkəyə məxsus yük maşınına yüklənərək Odessa istiqamətində yola salınıb. Yükün transferini həyata keçirən Sergey Kolesniçenko bildirib ki, növbəti gündən maşının sürücüsü ilə əlaqə kəsilib. İki gün sonra isə naməlum nömrədən ona gələn zənglə bildiriblər ki, yük ələ keçirilib.
S.Kolesniçenko şirkətin vəkili ilə birgə hüquq mühafizə orqanlarına müraciət etdiklərini, lakin hələlik heç bir nəticəyə nail olunmadığını bildirib. Onun sözlərinə görə, yükün ümumi dəyəri 70 min avrodur.
Araşdırma aparıldığından kosmetika şirkəti adının açıqlanmasını istəməyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !