​Ukraynadan Azərbaycana yeni aviareys açıla bilər

12:26 | 07.03.2015
​Ukraynadan Azərbaycana yeni aviareys açıla bilər

​Ukraynadan Azərbaycana yeni aviareys açıla bilər

Ukraynanın Herson vilayətindən Azərbaycana yeni təyyarə reysi açıla bilər.

"Report" "Kherson-news"a istinadən xəbər verir ki, bu barədə Herson Hava Limanının direktoru Qriqori Usik məlumat verib.

Onun sözlərinə görə, hazırda Azərbaycan Hava Yolları (AZAL) ilə fəal danışıqlar aparılır.

Aeroport direktoru bildirib ki, Azərbaycana uçuşlara böyük maraq var və bu, hər şeydən əvvəl yerli müəssisələrin biznes müqavilələri sayəsində mümkün olub.

Qriqori Usik, həmçinin qeyd edib ki, uçuşların Rusiya üzərindən həyata keçirilməsi zərurəti, bu reysləri əhəmiyyətli dərəcədə baha edir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM