"Taxıl müqaviləsi” başlayandan bəri Ukrayna limanlarından dəniz humanitar dəhlizi ilə 17 milyon ton kənd təsərrüfatı məhsulları ixrac edilib. Bu barədə Türkiyənin Kənd Təsərrüfatı Naziri Vahit Kırışçı bildirib. Bu barədə Türkiyə mətbuatı məlumat verir.
Onun sözlərinə görə ümumi qidanın yalnız 5,4%-i ciddi ehtiyacı olan yoxsul ölkələrə çatdırılıb.
Ukraynadan ərzaq ixracına dair müqavilələr 22 iyul 2022-ci ildə İstanbulda 120 gün müddətinə bağlanıb. Müqavilələrdən biri ilkin olaraq noyabrın 19-dək qüvvədə olub və Kiyevin nəzarətində olan Odessa, Çernomorsk və Yujnı limanlarından həyata keçirilirdi.
Noyabrın 17-də müqavilələrin müddəti daha 120 gün uzadılıb.
Rusiya Xarici İşlər Nazirliyi açıqlama verib ki, sənədi imzalayan tərəflər (Rusiya, Ukrayna, Türkiyə, BMT, - red) etiraz etmədiyi üçün müqavilənin müddəti avtomatik uzadılıb.
Gülnar
Bizi sosial şəbəkələrdə izləyin !