Ukrayna Baş Prokurorluğu ölkənin daxili işlər naziri Vitali Zaxarçenkonu Kiyevdə etiraz aksiyasının güc tətbiq edilərək dağıdılması ilə bağlı şahid qismində ifadə verməyə çağırılıb.APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün Ukrayna Baş Prokurorluğunun Baş İstintaq İdarəsinin rəisi Aleksandr Kalifitski bəyan edib. “Nazirin dekabrın 6-da Baş Prokurorluğun Baş İstintaq İdarəsinə ifadə verməyə gəlməsi üçün bütün tədbirlər görülür”, deyə Aleksandr Kalifitski vurğulayıb. Onun sözlərinə görə, Baş Prokurorluğun müstəntiqləri artıq Zaxarçenkonun ictimai təhlükəsizliyə cavabdeh olan müavinini də dindiriblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !