Ukraynalı olimpiya çempionu Azərbaycan yığmasına gətirilir

17:59 | 04.07.2014
Ukraynalı olimpiya çempionu Azərbaycan yığmasına gətirilir

Ukraynalı olimpiya çempionu Azərbaycan yığmasına gətirilir

Azərbaycan avarçəkmə yığmasına daha bir legioner cəlb olunur. Apasport.az saytının məlumatına görə, 2 ildən sonra Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunları üçün heyətini gücləndirən komandamızda çıxış etmək üçün ukraynalı İnna Osipenko-Radomskaya da milliləşdirilir.

 

Ukraynanın ən titullu avarçəkəni olan 32 yaşlı idmançının ölkəmizə keçidi yaxın günlərdə rəsmiləşəcək. Bunu İnnanın özü açıqlayıb: “Bu günlərdə Bakıya yollanıb, Azərbaycan yığmasında çıxış etməklə bağlı müqavilə imzalayacam. Təəssüf ki, Ukraynada öz hesabıma məşq etməli oluram. Eynə vədləri eşitməkdən səbr kasam daşıb. 2016-cı il Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcəm”.

 

Qeyd edək ki, Osipenkonun Olimpiya Oyunlarında bütün əyarlardan mükafatları var. Ukrayna millisində çıxış edən zaman İnna Afina-2004-də bürünc, Pekin-2008-də qızıl, London-2012-də gümüş qazanıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb