Ukraynalı müğənninin Bakıdakı konserti ləğv edildi - FOTO

14:14 | 19.09.2022
Ukraynalı müğənninin Bakıdakı konserti ləğv edildi - FOTO

Ukraynalı müğənninin Bakıdakı konserti ləğv edildi - FOTO

Bakıda solo-konserti planlaşdırılan tanınmış ukraynalı müğənni Tina Karol Ermənistanı dəstəkləyib. Bu barədə instagram sosial şəbəkə hesabında paylaşım edib.

O, "ermənilərin həyatı önəmlidir” başlığı ilə Ermənistan bayrağının fotosunu paylaşıb.

Bundan dərhal sonra noyabrın 15-də baş tutacaq konsertə bilet satışını təşkil edən iticket.az saytı paylaşım edib və bildirilib ki, konsert ləğv edilir.

"Təcavüzkar rejimi dəstəkləyən sənətçilərə Azərbaycan səhnəsində yer yoxdur”, - onlar qeyd ediblər.
 

Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb