Ukraynada sosial şəbəkələrdə baş prokuror Viktor Şokinin istefası və onun müavini David Sakvarelidzenin bu vəzifəyə təyin edilməsi ilə bağlı kampaniya başlayıb. #SakvarelidzeQenprokuror# haştaqı Ukrayna tvitterində ilk yerdədir.
Məlumata görə, baş prokurorun birinci müavini David Sakvarelidzenin tabeçiliyəndə olanlara qarşı cinayət işi açılıb. Məhz onlar rüşvətxor prokurorlar Korniyets və Şapakina qarşı işi aparırdılar.
Xatırladaq ki, Baş istintaq idarəsinin rəisi Vladimir Şapakin və Kiyev vilayətinin prokuror müavini Korniyets iyulun 5-də xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Məhkəmə hər iki şəxsi həbs etsə də, Şapakin girov müqabilində azadlığa çıxıb.(azadlıq.info)
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !