Ukraynanın 3,8 milyard dollarıq borcu silindi

20:31 | 27.08.2015
Ukraynanın 3,8 milyard dollarıq borcu silindi

Ukraynanın 3,8 milyard dollarıq borcu silindi

Arseni Yatsenyuk: "Düşmənlərimizin gözlədiyi defolt baş verməyəcək”

Ukrayna hökuməti əsas kreditorlarla nominal borcunun 20%-lik hissəsinin silinməsi barədə razılığa gəlib və tərəflər arasında müvafiq saziş imzalanıb.
 
APA-nın Ukrayna xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, ölkənin 19,3 milyard dollarlıq qısamüddətli (2015-2023) borcunun 3,8 milyard dollarlıq hissəsi kreditorlar tərəfindən silinib, qalan 15,5 milyard dolların ödənilmə müddəti isə 2019-2027-ci illərə ertələnib.
 
Xəbəri Ukraynanın maliyyə naziri, kreditorlarla danışıqların əsas iştirakçısı olan Natalya Yaresko Nazirlər Kabinetinin iclasından əvvəl açıqlayıb. "Çox çətin 5 ay keçirdik. Ümid edirəm ki, maliyyə bazarları bu xəbərə yaxşı reaksiya verəcək”, - deyə o, söyləyib. 
 
Baş nazir Arseni Yasenyuk isə Ukraynada defolt təhlükəsinin aradan qalxdığını bəyan edib: "Ukraynanın xarici kreditorlarla danışıqları uğurla yekunlaşdıracağına az adam ümid edirdi. Düşmənlərimizin gözlədiyi defolt baş verməyəcək”.    
 
Hökumətlə kreditorlar arasında borcların restrukturizasiyası barədə razılaşmanın açıqlanmasından sonra Ukraynanın avrobondlarının və dövlət istiqrazlarının qiyməti ciddi şəkildə artıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM