APA-nın "112.ua” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) sözçüsü Yelena Qitlyanskaya öz "Facebook” səhifəsində yazıb. O, hadisə ilə bağlı xüsusi brifinq keçiriləcəyini bildirib.
Qeyd edək ki, Maydana qarşı cinayətlərdə və xidməti vəziyyətindən istifadə edərək dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunan Yelena Lukaş 2015-ci il sentyabrın 10-da rəsmən axtarışa verilib. Daha əvvəl isə məhkəmə açılmış cinayət işi çərçivəsində sabiq nazirə məxsus 3 evə həbs qoyub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !