Ukraynanın azərbaycanlı idmançısı Avropa çempionu olub

16:00 | 22.08.2021
Ukraynanın azərbaycanlı idmançısı Avropa çempionu olub

Ukraynanın azərbaycanlı idmançısı Avropa çempionu olub

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən yeniyetmələr arasında boks üzrə növbəti Avropa çempionatında Ukraynanı təmsil edən azərbaycanlı, 2007-ci il təvəllüdlü Kərimov Vasif Knyaz oğlu qızıl medal qazanıb.

Ukrayna Azərbaycanlıları Radasından (UAR) "Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə, 46 kq çəki dərəcəsində rinqə çıxan Kərimov Avropa çempionatında çıxdığı döyüşlərdə İtaliya, İsrail, Ermənistan və Rusiya təmsilçilərini məğlub edib.

Qeyd edək ki, Vasif Kərimov əslən azərbaycanlıdır. Xarkov şəhərində dünyaya gələn Kərimov buna qədər Xarkov vilayətinin, Ukraynanın çempionu olub. Kərimovlar ailəsi RAU-nun fəal üzvlərindəndir.
 







www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM