"Ermənistanın xarici siyasəti yoxdur”.
Bu günlərdə əlamətdar hadisə baş verib. Xarici dövlətlərin səfirlərinin iştirakı ilə Ukrayna XİN-də keçirilən qəbula Ermənistan səfirini çağırmayıblar. Ermənistan səfirinin nə üçün bu qəbula çağırılmaması səbəbi ilə əlaqədar sorğusuna isə XİN-dən anlaşılmazlıq baş verdiyi – onun unudulduğu cavabı gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə lragir.am yazır.
Sayt yazır ki, cavab həddən artıq diqqətəlayiqdir.
"Səfirin həqiqətən unudulması istisna edilmir, ola bilər ki, erməni səfirini bilərəkdən çağırmayıblar. Böyük fərq yoxdur, çünki "anlaşılmazlıq” erməni siyasətini yetərincə yaxşı xarakterizə edir.
Böyük hesabla, Ermənistanın xarici siyasəti yoxdur, onun bütün fəaliyyəti Rusiya maraqlarını qorumağa yönəlib. Rusiya təcrid və marginal vəziyyətdə olduğu üçün Ermənistanın xarici siyasət addımları Ermənistan Respublikasını biabırçı vəziyyətə salaraq, tragikomik görünür.
Ermənistan və Rusiya maraqları nəinki üst-üstə düşmür, hətta bir-birinə təzaddır, bu isə Ermənistanın xarici siyasətində utandırıcı vəziyyətə səbəb olur.
Bu, Ukrayna vəziyyəti ətrafında daha aydın təzahür edir. Məhz indi Riqada Şərq tərəfdaşlığı sammitinin keçirildiyi bir dövrdə, Ermənistan Krıma müdaxilə barədə bəyannaməni imzalamadığı halda, Azərbaycanın ərazi bütövlüyünü nəzərdə tutan digər sənədi imzalamalıdır.
Ukraynadakı hadisələr dünyanı iki hissəyə bölüb – sivil və anti-sivil. İkinci düşərgədə marginal ölkələrdir, bütün geosiyasi çirkab məhz onların üzərinə düşəcək. Ermənistan məhz bu düşərgədədir və uzun müddət bu "seçimi”nin bəhrəsini görəcək.
Ermənistanın indiki xarici siyasəti anlaşılmazlıqdır, və onun davam etdiyi halda Ermənistan beynəlxalq hüququn subyekti kimi unudulacaq. Ona görə də Ukrayna XİN-in cavabı tamamilə doğrudur”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !