Qərar 2026-cı ildə ödənilməli olan 750 milyon dollarlıq avrobondlar üzrə kupon ödənişləri üçün 10 günlük güzəşt müddəti bitdikdən sonra qəbul edilib.
Fitch həmçinin bu avrobondların reytinqini C-dən D-yə endirib və xarici valyutada istiqrazların buraxılışı üzrə reytinqləri geri götürüb, çünki onlar artıq agentliyin əhatə dairəsinə uyğun hesab edilmir.
Bu qərar Ukraynada dövlət borcu üzrə ödənişlərin üç ay müddətinə dayandırılmasına icazə verən qanunun qəbulundan sonra verilib. Bundan əvvəl, iyulun 24-də Fitch artıq Ukraynanın reytinqini CC-dən C-yə endirdi ki, bu da defoltun qaçılmazlığını göstərirdi.
"Bu, Fitch-in suveren IDR meyarlarına, eləcə də təsirə məruz qalan qiymətli kağızın fərdi buraxılış reytinqinə uyğun olaraq defolt hadisəsini təşkil edir”, - agentliyin saytında bildirilir.
Amerikanın S&P Global reytinq agentliyi də kupon ödənişlərinin olmaması səbəbindən avqustun 2-də Ukraynanın kredit reytinqini "seçilmiş defolt”a (SD) endirib.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !