Ukraynanın şərqində 100 mm-dən az çaplı silahlar geri çəkilməlidir

20:23 | 30.09.2015
Ukraynanın şərqində 100 mm-dən az çaplı silahlar geri çəkilməlidir

Ukraynanın şərqində 100 mm-dən az çaplı silahlar geri çəkilməlidir

Ukrayna şərqində vəziyyətin tənzimlənməsi üzrə dördtərəfli təmas qrupunun üzvləri 100 millimetrdən az çaplı silahların qarşıduran tərəflərin təmas xəttindən geri çəkilməsi haqqında razılığa gəliblər.

Bu barədə çərşənbə axşamı Minskdə keçirilən danışıqlardan sonra ATƏT-in nümayəndəsi Martin Sajdik məlumat verib. Daha sonra bu məlumatı təmas qrupunda Ukrayna nümayəndəsi Leonid Kuçma və Rusiya nümayəndəsi Azamat Kulmuxametov da təsdiqləyiblər, BBC müxbiri bildirir.

Xəbər verildiyi kimi, sənəd üzrə, tərəflərin öz silahlarını təmas xəttindən iki mərhələdə geri çəkilməsi nəzərdə tutulur. Bu tələb tanklara da aiddir, müxbir qeyd edir.

Hazırda sənədin altında Ukrayna şərqində özlərini müstəqil elan etmiş respublikaların nümayəndələri Denis Puşilinin və Vladislav Deyneqonun imzaları çatışmır.

BBC müxbirinin məlumatına görə, onlar sənədi Donetskə və Luhanska qayıdandan sonra cümə axşamınadək imzalamağı vəd edib, Minski tərk ediblər.

Silahların geri çəkilməsi məsələsi təmas qrupu çərçivəsində artıq bir neçə aydır ki müzakirə olunur. Mətnin razılaşdırılması haqqında iyulun sonunda bəyan edilmişdir, lakin sentyabrın sonunda tərəflərin mövqeləri yenidən çəpləşib. //bbc.com/azeri
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM