İtaliyanın "Yuventus” klubunun keçmiş futbolçusu, hazırda Ukraynada məşqçilik edən Aleksandr Zavarova hərbi xidmətə çağırış vərəqəsi gəlib.
ANN.Az Modern.az-a istinadən xəbər verir ki, bu haqda özünün Twitter səhifəsində jurnalist, "Futbol” nəşrinin baş redaktoru Artyom Frankov məlumat verib. Onun məlumatına görə, Ukrayna Futbol Federasiyasına 89 çağırış vərəqəsi gəlib ki, onlardan biri də 2012-ci ildə ölkə millisinin baş məşqçisi olmuş, 53 yaşlı Zavarova və millinin hazırkı qapıçı məşqçisi, 57 yaşlı Yuri Sivuxaya göndərilib. Vərəqə hələ ki futbolçulara şəxsən təqdim olunmayıb. Səfərbərlik çərçivəsində orduya çağırılanların Ukraynanın şərqində keçirilən terror əleyhinə əməliyyat zonasına xidmətə göndəriləcəkləri ehtimal olunur.
Zavarov hazırda Ukrayna milli komandasının baş məşqçisi Mixail Fomenkonun assistentidir. O, Luqanskın "Zarya”, Kiyevin "Dinamo”, Turinin "Yuventus”, Fransanın "Nansi” və SSRİ yığçasında oynayıb. 1990-cı ildə İtaliya klubu ilə UEFA kubokunu qazanıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !