Ukraynanın baş naziri Arseniy Yatsenyuk gələn həftə ərzində ABŞ-a səfər edəcək.
APA-nın məlumatına görə, səfərin məqsədi Krım məsələsində Rusiya ilə yaranmış qarşıdurmanı ən yüksək səviyyədə müzakirə etməkdir.
A. Yatsenyuk bu barədə Ali Radanın martın 8-də keçirilmiş iclasında bildirib.
Bundan əvvəl baş nazir Taras Şevçenkonun 200 illiyi münasibətilə martın 8-də keçirilən mitinqdə bildirib ki, Ukrayna öz torpaqlarının 1 sm-ni belə güzəştə getməyəcək və Rusiya ilə konflikti yalnız və yalnız siyasi-diplomatik yolla həll etmək niyyətindədir.
APA
Bizi sosial şəbəkələrdə izləyin !