“Nazirlər Kabinetinin Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanmasını təxirə salmaq barədə qərarı Ukraynanın Gömrük İttifaqına qoşulmaq istədiyi mənasına gəlmir”. APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi xəbərə görə, bunu baş nazir Nikolay Azarov deyib.
N. Azarov Gömrük İttifaqından heç vaxt danışmadığını bildirib: “Bunu qəsdən yayırlar ki, siz assosiasiya sazişinin imzalanmasını təxirə saldınızsa deməli, Gömrük İttifaqına qoşulmaq istəyirsiniz. Biz Avropa Birliyi ilə inteqrasiyaya, assosiasiya sazişini imzalamağa istiqamətlənmişik. Lakin hazırda fasilə götürmüşük. Strategiyamızda dəyişiklik etməmişik. Sadəcə, taktiki dəyişikliyə getmişik”.
APA
Bizi sosial şəbəkələrdə izləyin !