Ukraynanın baş prokuroru: “Nümayişçilərə atəş açmaq əmrini Yanukoviç verib”

16:49 | 10.04.2015
Ukraynanın baş prokuroru: “Nümayişçilərə atəş açmaq əmrini Yanukoviç verib”

Ukraynanın baş prokuroru: “Nümayişçilərə atəş açmaq əmrini Yanukoviç verib”

"Maydanda fəallara atəş açmaq barədə əmri Viktor Yanukoviç verib”.

APA-nın xəbərinə görə, bunu Ukraynanın baş prokuroru Viktor Şokin "lb.ua” saytına müsahibəsində deyib.

Baş prokuror əmrin şifahi və ya yazılı verilməsinin əhəmiyyət daşımadığını söyləyib: "Viktor Yanukoviçin rəhbərliyi ilə cinayətkar qruplaşmanın fəaliyyət göstərdiyini nəzərə alsaq, onda əmrlərin hansı formada, hansı şəkildə verilməsi və icraçıların kimlər olması o qədər də əhəmiyyətli deyil”.   

V. Şokin hazırda müstəntiqlərin Yanukoviçin cinayətkar dəstəsi haqda geniş təhqiqat apardığını söyləyib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti