Ukraynanın müdafiə naziri Valeri Qeletey istefaya göndərilib.Avropa.info xəbər verir ki, bu haqda prezident Poroşenkonun rəsmi saytı xəbər verib. Yeni nazirin namizədliyi baxılması üçün bazar ertəsi günü parlamentə göndəriləcək. İstefanın səbəbi bəlli deyil. Qeleteyin ardınca bir çox hərbçinin istefası gözlənilir. O, bu il iyul ayında müdafiə naziri təyin edilmişdi. Donetsk və Luqanskda keçirilən anti-terror əməliyyatları zamanı xeyli qanunsuzluğa yol verildiyi aşkarlanmışdı. Sabiq nazir bir neçə gün öncə onu separatçılara silah satmaqda günahlandıran Yuliya Timoşenkonu məhkəməyə verməklə hədələmişdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !